15 İyun – Milli Qurtuluş Günü və Heydər Əliyevin rolu
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günü, sabitliyin və inkişafın başlanğıcıdır. Heydər Əliyevin qayıdışı ilə ölkə parçalanmaqdan xilas oldu.
Siyasi sabitlik bərpa edildi, vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı. İqtisadi islahatlara start verildi, neft strategiyası formalaşdı.
Heydər Əliyev yalnız böhranı aradan qaldırmadı, o, həm də güclü dövlətin əsasını qoydu. İqtisadiyyat, ordu quruculuğu və diplomatiya sahəsində əsaslı addımlar atıldı.
15 İyun gənclər üçün vətənpərvərlik dərsidir. Bu gün, Heydər Əliyevin xalqına necə xidmət etdiyini xatırlamaq və ondan örnək almaq günüdür.
Milli Qurtuluş Günü hamımız üçün qürur və təşəkkür günüdür. Heydər Əliyevin irsi bu gün də yaşayır və bizi gələcəyə aparır.
Tural Nurməmmədov
"Qeyd – Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri