Xəbərlər 13.06.2025 09:15 41

16 yaşdan kiçik qızların ağır yük qaldırması qadağandır!

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 251-ci maddəsinə əsasən, 16 yaşdan kiçik olan qızların hər hansı bir iş yerində müntəzəm olaraq ağır yükləri daşımaq və qaldırmaqla məşğul olmaları qadağandır.

QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutu tərəfindən edilən paylaşıma əsasən bu qanun, uşaqların fiziki sağlamlığını qorumaq məqsədini güdür və onların əmək hüquqlarını müdafiə edir. Qanunvericiliyə görə, 16 yaşdan kiçik uşaqların işləməsi ilə bağlı digər məhdudiyyətlər də mövcuddur. Xüsusilə, gənc yaşda olan şəxslərin fiziki olaraq ağır işlərə cəlb olunması onların inkişafına mənfi təsir edə bilər.

Bu qanun, həmçinin iş yerlərində uşaqların təhlükəsizliyini təmin etmək və onların sağlamlıqlarını qorumaq məqsədini güdür.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı