Xəbərlər 18.06.2025 21:25 82

QHT sədri Tünzalə Abduləlimova Ramiz Qusarçaylını təltif edib - FOTOLAR

17 iyun 2025-ci il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutu və ADPU-nun Quba filialı birgə təşkilatçılığı ilə Ramiz Qusarçaylının “Vətən” poemasında dil məsələlərinə dair elmi təqdimat keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə kitab sərgisi açılıb, Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi yad edilib. Tədbirdə ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev, AMEA-nın Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli və digər qonaqlar çıxış edərək, “Vətən” poemasının dil və bədii dəyərini vurğulayıblar. Şəhid anası Tünzalə Abduləlimova isə Ramiz Qusarçaylını təltif edib. Tədbir şairin çıxışı və xatirə fotosu ilə başa çatıb.

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a açıqlama verərək, təşkilatın idarə heyətinin qərarına əsasən, vətəninə ləyaqətlə xidmət edən, vətənpərvər və şair Ramiz Qusarçaylının təltif edildiyini bildirib. Tünzalə Abduləlimova qeyd edib ki, Ramiz Qusarçaylı, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri olaraq, özünün "VƏTƏN" poemasında dil məsələləri haqqında elmi təqdimatla təşkil etdiyi tədbirlə böyük uğur qazanıb.

Tədbirin şairin uğurlu yaradıcılığının bariz nümunəsi olduğunu vurğulayan Tünzalə Abduləlimova Ramiz Qusarçaylının həm ədəbiyyat sahəsində, həm də vətənpərvərlik mövzusunda əvəzsiz töhfələr verdiyini qeyd edib. "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən şairin təltif edilməsi, onun bu sahədəki fəaliyyətinə verilən dəyərin bir göstəricisidir.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı