Xəbərlər 23.06.2025 15:40 37

BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində Universitetdə EkoEnerji Məntəqəsi açılıb - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) ərazisində BDU və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə tərəfdaşlığı ilə elektromobillərin bərpa olunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən EkoEnerji Məntəqəsinin açılışı olub.

QHT.az xəbər verir ki, açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycanda “yaşıl enerji”, “yaşıl iqtisadiyyat” məsələlərinə dövlət səviyyəsində xüsusi önəm verilir. Ölkə ali təhsilinin flaqmanı olan BDU da yeni yanaşma ilə bu məsələdə öz töhfəsini verir. Bugünkü layihə həm Günəş, həm külək enerjisindən istifadə etməklə BDU əməkdaşları və təhsilalanları üçün təmiz ekoenerjidən istifadə imkanları yaradır.

Rektor diqqətə çatdırıb ki, ““Clean-Charge” AC enerji doldurma stansiyası” adlı layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 5-ci qrant müsabiqəsinin qalibi olub. Bu, BDU-nun KOBİA ilə elm, təhsil, innovasiya sahəsində səmərəli, uğurlu əməkdaşlığının bir nümunəsi olmaqla yanaşı, BDU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əməl edilməsi yolunda atdığı addımlardan biridir. BDU-da açılan EkoEnerji Məntəqəsi “yaşıl enerji”dən istifadə etməklə fəaliyyət göstərəcək, tədris prosesində də bu məntəqədən istifadə olunacaq.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı