Xəbərlər 23.06.2025 11:55 114

QHT-lərimiz iqlim maliyyələşdirilməsi və ekoloji mövzular üzrə müzakirələrdə iştirak etdi - AÇIQLAMA / FOTOLAR

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nadimə Rəhimli QHT.az-a açıqlamasında Azərbaycan qeyri-hökumət təşkilatlarının (QHT) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının yardımçı qurumlarının SB62-ci sessiyasında aktiv iştirakını vurğuladı.

Bu sessiya elmi və texnoloji məsələlər üzrə yardımçı orqanı və icra üzrə yardımçı orqanı bir araya gətirən mühüm tədbir olaraq, Kioto protokolu və Paris sazişinin effektiv icrasını qiymətləndirmək məqsədini daşıyır:

"Yardımçı qrupların və ya SB62-nin nəticələri, Belem gündəliyinin formalaşması baxımından xüsusi önəm daşıyacaq və bu iqlim konfransında uyğunlaşma təsirinin azaldılması, iqlim maliyyələşməsi əsas məsələlərdə danışıqları inkişaf etdirmək üçün yardımçı qurumları bir araya gətirmiş olur. Ümumilikdə Azərbaycan QHT-lərinin həm COP 29 dövründə gördükləri işlər, həm də bu sessiyada SB62-dəki xüsusi fəallığı nəzərə çarpdı. Belə ki, Azərbaycan QHT-ləri digər qeyri-hökumət təşkilatları ilə birgə iqlim maliyyələşdirilməsi, milli səviyyədə müəyyən edilmiş töhfələr və məqsədlərin artırılması, ədalətli keçidin təmin edilməsi, itki və zərər fondlarının gücləndirilməsi, qida sistemləri və ekoloji dəstəyin möhkəmləndirilməsi kimi əsas mövzularda müzakirələrdə iştirak etdilər."

Nadimə Rəhimli həmçinin bildirib ki, iqlim düşərgəsi çərçivəsində Azərbaycan QHT-ləri tərəfindən təşkil edilən “Tullantıdan İncəsənətə” adlı sərgi nümayiş etdirildi:

"Əsas tədbirlərlə yanaşı, Azərbaycan QHT-ləri əlavə yan tədbirlərdə də xüsusi fəallıq göstərdilər. Belə ki, BMT binasından kənarda və müəyyən səbəblərdən BMT-yə üzv olmayan şəxslər üçün iqlim düşərgəsində Azərbaycan QHT-lərinin “Yaşıl dünya təbiət və mədəniyyət” pavilyonu təşkil olundu və burada “Tullantıdan İncəsənətə” adlı sərgi nümayiş etdirildi. Yaşıl Dünya Təbiət və Mədəniyyət Pavilyonu təşkil olundu və burada həmin sərgi keçirildi. Pavilyonun bir hissəsində COP 29-un guşəsi yaradıldı. Digər bir hissədə isə qlobal Cənubdan olan ölkələrin nümayəndələri, qlobal cənubu necə təsvir edirlərsə, onun rəsmini və loqosunu ekoloji çantalarda əks etdirərək həmin çantaları özləri ilə götürə bilirdilər."

Ardı var...

 

Pərvanə Fərhadqızı

QHT.az
 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı