Xəbərlər 23.06.2025 17:30 56

Kasetli sursatlarla çirklənmiş ərazilərin monitorinqi davam edir - FOTOLAR

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi üzrə fəaliyyəti davam etdirir.

QHT.az xəbər verir ki, bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib. Onun sözlərinə görə, layihədə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının ərazisində kasetli silahlarla çirklənmiş ərazilərin monitorinqi keçirilmiş, problemin miqyası, kasetli sursatların növləri, bu sursatların infrastruktur layihələrinin həyata keçirilməsinə təsirinin öyrənilməsi, kasetli sursatlardan qurban olmuş şəxslərin müəyyən edilməsi və onların hansı şəraitdə qurbana çevrilməsinin öyrənilməsi üçün çox saylı görüşlər keçirilmiş və məlumatlar toplanmışdır:

"Kasetli sursatlarla çirklənmiş ərazilər və bu sursatların növləri barədə ətraflı məlumatlar vermiş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi - ANAMA) İdarə heyətinin sədri Vüqar Süleymanov, sədr müavinləri Samir Poladov və Ceyhun Rzayev başda olmaqla ANAMA-nın Horadiz, Xocavənd, Cəbrayıl və Zəngilan bazalarının rəhbərliyinə və əməliyyat rəhbərlərinə öz təşəkkürümüzü bildiririk. Layihədə nəzərdə tutulmuş fəaliyyət üzrə növbəti işlər Qubadlı, Laçın və Şuşa rayonlarda həyata keçiriləcək".

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı