Xəbərlər 25.06.2025 10:02 25

Ailə büdcənizi bizimlə qurun: Layihənin üçüncü mərhələsi başlayacaq

30 ailə başçısına ailə büdcəsi qurmağın və ağıllı alıcı olmağın sirlərini öyrədəcəyik.

QHT.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinln Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq!" layihəsinin növbəti, üçüncü mərhələsi 27 iyun 2025-ci il tarixdə başlayacaq.

İyun ayının 1-dən etibarən layihənin ikinci - mediada təbliğat mərhələsinə start verilib. Layihənin bu mərhələsində layihə məqsədləri 16 məqalədə təbliğ edilir. Hər bir təbliğat məqaləsi MEDİA Agentliyinin reyesterində qeydiyyatdan keçmiş ayrı-ayrı sayıtlarda dərc edilir. Məqalələrdə ailə büdcəsinin qurulması üsulu, büdcə növlər, qurulma metodları, ağıllı alıcı olaraq satış mərkəzlərinin marketinq manipulyasiyalarından qorunmaq qaydaları, ailə büdcəsinə qənaət etmək yolları detalli şəkildə, elmi əsaslara və təcrübəyə istinadən izah edilir. Birlik layihə çərçivəsində cəmiyyətdə ailə büdcəsi qurmaq və ağıllı alıcı olmaq ideyasını təbliğ edir.

Birlik mütəxəssisləri hesab edir ki, bu yolla ailələrin gəlir və xərclərini elə optimallaşdırmaq olar ki,  onlar fövqaladə vəziyyətlərdə borclanmaya getməyə, üstəlik, özlərinə dar gün üçün ehtiyat pul vəsaiti - "maliyyə yastığı" yarada bilər. Əlbəttə, ehtiyat vəsaitlərindən başqa məqsədlər (ev, bağ, avtomobil almaq, kiçik biznes qurmaq və s.) üçün də istifadə etmək olar. İyun ayınının 27-dən başlayaraq layihənin üçüncü mərhələsi başlayacaq. Bu mərhələdə layihə çərçivəsində ailə başçılarına (maliyyə məsələlərinə baxan ailə üzvülərinə) ailə büdcəsi qurmaq və ağıllı alıcı olmaq mövzusunda treninqlər keçriləcək. Treninqlərdə iştirak ödənişsizdir və iştirakçılara ailə büdcəsi qurmaq üçün təmənnasız fiziki vasitələr təqdim ediləcək.

Treninqlərdə dinləyici kimi iştirak etməklə layihəmizdən yaralanmaq istəyən (Bakı və Sumqayıt şəhərində, eyni zamanda, Abşeron rayonunda yaşayan) vətəndaşlar aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilər: +994558476605 - WhatsApp; +994703419301; [email protected].

Treninqlər 27 iyun 2025-ci il tarixdən başlayır, 25 iyul 2025-ci il tarixə qədər davam edəcək. Treninqlər hər həftənin 5-ci günu saat 13.00-da başlayacaq.
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı