“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsi haqda paylaşım edib.
QHT.az həmin paylaşımı təqdim edir:
"2026-cı il noyabrın 6-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş forumda 400 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.
Forum çərçivəsində “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları”, “Azərbaycan QHT-ləri milli maraqların keşiyində”, “WUF13 irsi QHT təşəbbüslərində” adlı panel müzakirələri təşkil olunacaq.
Bu gün burada, QHT-lərin IV Əməkdaşlıq Forumunda toplaşmağımız təsadüfi deyil. Vətəndaş cəmiyyəti olaraq hər birimizin çiynində böyük bir məsuliyyət var: ölkəmizin nail olduğu uğurları, qlobal tədbirlərin bizə qazandırdığı zəngin irsi yaşatmaq və gələcəyə daşımaq.
Bu gün Gəncədən səslənən bu həmrəylik sədası, aparılan hər bir panel müzakirəsi və irəli sürülən hər bir təşəbbüs sabahın daha güclü Azərbaycanına xidmət edir. İnanıram ki, güclü əməkdaşlıq və ortaq məqsədlərimiz sayəsində yetişən yeni nəsil bizim ən böyük qürur mənbəyimiz olacaq.."








