Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi və Dayaq Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 sentyabr 2026-cı il tarixində məktəblilərlə görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşdə 18 nəfər məktəbli və onların valideynləri iştirak edib. Yeni dərs ilinin başlanması ilə əlaqədar məktəblilərlə söhbət aparılıb, onlara tədris ili ərzində uğurlu nəticələr əldə etmələri ilə bağlı tövsiyələr verilib.
Görüş çərçivəsində məktəblilərə məktəb çantaları və dərs ləvazimatları təqdim olunub. Həmçinin hər bir məktəblinin geyim ehtiyacının qarşılanması üçün 65 AZN məbləğində vəsait hədiyyə edilib.
Tədbir Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü və Dayaq Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Tədbirə Qaraman İcma (İnkişaf) Mərkəzi ev sahibliyi edib.












