Yeni 2026–2027-ci tədris ilinin başlanmasına sayılı günlər qalıb. “Məktəbliyə dəstək” aksiyası çərçivəsində məktəblilərə hədiyyələrin təqdim edilməsi davam edir.
Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən aksiya “Ümid Yolu” Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə davam etdirilib.
Aksiya çərçivəsində 30 nəfər məktəblinin iştirakı ilə görüş keçirilib. Görüşə Qaraman İcma Mərkəzi ev sahibliyi edib.
Görüşdən sonra 6 ailəyə səfər olunub. Səfərlər zamanı 9 nəfər məktəbliyə məktəb çantası və dəftərxana ləvazimatları hədiyyə edilib.
“Məktəbliyə dəstək” aksiyasının əsas məqsədi yeni tədris ilində məktəblilərə dəstək olmaq, onların sevincinə şərik çıxmaq və təhsil yolunda onlara kiçik də olsa töhfə verməkdir.






