Əyyub Zöhrab oğlu Kərimli 4 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. Ali təhsillidir. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, İstanbul Universitetində magistr təhsili alıb. İqtisad elmləri üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyətinə tikinti trestində fəhlə kimi başlayıb. 2003-cü ildə hərbi xidmətdə olub. 2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kurs rəhbəri, aparıcı elmi işçi və müəllim vəzifələrində çalışıb.
Əyyub Kərimli iqtisadçı-ekspert kimi fəaliyyət göstərir və ölkənin aparıcı TV və digər media orqanlarında iqtisadi mövzular üçün əsas ekspertlərdən sayılır. O, həmçinin “İqtisadi və Sosial Araşdırmalar Yardım” İctimai Birliyinin sədridir. Əyyub Kərimli eyni zamanda Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvdür.
Təşkilat çox saylı uğurlu layihələrin icrasını həyata keçirib.
Ailəlidir, üç övladı var.
QHT.az həmkarımızı yubileyi münasibəti ilə ürəkdən təbrik edir və fəaliyyətində yeni uğurlar arzulayır.
Xəbərlər
Tanınmış QHT sədri Əyyub Kərimlinin 50 yaşı tamam olur






