Xəbərlər 30.01.2023 19:57 1609

Çindəki bu toy adəti çox böyük qəzəblə qarşılanıb - ÖZƏL

Yanvarın 19-da Çinin şərqindəki Şandunq əyalətində keçirilən nikah mərasiminin görüntüləri Çinin məşhur sosial media tətbiqi Weibo-da paylaşılıb.

QHT.az xəbər verir ki, milyonlarla dəfə baxılan videoya 13 minə yaxın şərh gəlib və sosial şəbəkələrdə yayılıb.

Qeyri-adi videoda bir qrup kişinin ənənəvi qırmızı gəlinlik geyinmiş qadının üzərinə köpük sıxılmasi, iri bədənli bir nəfərin gəlini bərk-bərk tutması göstərilir.

Başqa bir səhnədə isə təxminən 7 nəfərin gəlinin üzərində insan piramidası yaratmağa çalışdığı görünür. Qonaqlardan biri onları dayandırmağa çalışsa da, bacarmır.

Çində “naohun” adlanan bu ənənənin tarixi Han sülaləsi dövrünə gedib çıxır. Lakin keçmişdə əyləncə kimi görülən bu ənənə son illərdə işgəncəyə çevrilib.

Xüsusilə kənd toylarında tətbiq olunan qəribə ənənə bəylə gəlini alçaltmaqla yanaşı, onların çoxuna xəsarət yetirir.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı