Xəbərlər 26.04.2024 21:01 3921

QHT sədri dünyagörüşümüzü dəyişdirən mütaliənin rolundan danışdı

"Mütaliə insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir. Mütaliəyə ayırdığımız vaxt heç vaxt hədər olmayacaq, əksinə, bizə yeniliklər qazandıracaq. Kitab oxumaq özü gözəl məşğuliyyətdir. Kitaba ayırdığınız zaman hədər olmayacaq, əksinə sizə yeni şeylər qazandıracaq. İnsan oxuduqca dərinləşir, ondakı intellektual səviyyə artır".

Bu fikirləri "Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi" nin rəhbəri Fatimə Hacıbəyli QHT.az-a açıqlamasında bildirib. O qeyd edib ki, çox oxumaq, insanın üzündə də əks olunur, onu xarizmatik göstərir: "Bu bir növ belədir, insanın içindəki çölünə əks olunur, nə ilə bəslənirsənsə, o, zahiri görünüşündə bəlli olur. Kitab oxuyarkən onun təsirində qalmamaq da önəmlidir. Oxumağı, mutaliəni təbliğ etmək lazımdır. Bu iş məktəbdən başlyır. İndiki gənclər kitab oxumağı deyil, dah çox sosial şəbəkədə vaxt keçirməyi sevir. Bu isə yaxşı hal deyil. Cəmiyyətin məhv olmaması üçün yeniden kitab oxumağa maraq artırılmalıdır".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı