Xəbərlər 26.04.2024 20:44 2912

QHT sədri Türkiye-Azərbaycan hərbi təlimlərindən və strateji əməkdaşlıqdan danışdı

“Bizim can qardaş olduğumuz və bütün mənalarda bir yerdə yaşadığımız və bir millət, iki dövlət siyasətinin əsas prinsiplərini rəhbər tutan qardaş ölkəmiz, Türkiyə Cümhuriyyətindən bu istiqamətdə ciddi diplomatik reaksiyaların olacağı ola bilər və buna cavab olaraq Azərbaycan vaxtaşırı hərbi təlimlərini genişləndirməlidir. Regionda türk dövlətlərinin birgə hərbi təlimlərinin həyat, o cümlədən Azərbaycan Türkiyə hərbi təlimlərinin aparılması və beynəlxalq iddialara qarşı yönəlik addımlar kimi dəyərləndirilməlidir”.

Bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Beynəlxalq münasibətlərə və regional sabitliyə əsas təsiri bu ola bilər ki, artıq paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinə yaxın addımları atmaq ərəfəsindədir: “O cümlədən Qazax rayonundan işğal olunmuş dörd kəndimizin Azərbaycana qaytarılması ilə bağlı Ermənistan rəhbərliyinin siyasi iradəsi və sərhədlərin delimitasiya məsələlərinin başa çatması ilə bağlı siyasi iradə görünür. Həm də bu, Cənubi Qafqazda sülhün və sabitliyin qoruyur, digər qüvvələrin aktivləşməsinə gətirib çıxarıb. Təsadüfi deyil ki, həmin kəndlərdə artıq erməni icması müəyyən əhalinin hissəsi Ermənistan hakimiyyətinə qarşı aqressiv bir davranışa başlayıblar. Onlar göstərmək istəyirlər ki, guya bu ərazilərdən çıxmayacaqlar. Bütün bunlara baxmayaraq, artıq bilirsiniz ki, Ermənistan ərazisinin ayrılmasını göstərən artıq sosial şəbəkələrdə də dirəklərin basdırılması ilə bağlı paşinyanın bununla bağlı öz Twitter və sosial şəbəkə hesablarında paylaşımları var və bu mənada artıq həmin Fransa, Yunanıstan və digər dövlətlər sülhün bərqərar olunmasını istəmədiyi halda, bax belə bir beynəlxalq münasibətlərin regionda pozucu amillərin olmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, hərbi təlimlərə yalnız təhlükəsizliyin təminatı olaraq baxmaq yerinə, müzakirə və diplomatik yolların daha məqsədəuyğun olduğunu diqqətə çatdırmaq əhəmiyyətli olardı.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı