Xəbərlər 31.01.2023 15:28 2374

Belçika daha bir nüvə reaktorunu bağlayır - ÖZƏL

Avropada enerji böhranına baxmayaraq, Belçikanın Huy şəhərindəki Tihange 2 nüvə reaktorunun fəaliyyəti bu gün dayandırılacaq.

QHT.az xəbər verir ki, beləliklə, 1983-cü ildə işə başlayan nüvə reaktorunun 40 illik istismardan sonra elektrik şəbəkəsinə qoşulması dayandırılacaq.


Belçikada əvvəlki hökumətlərin qəbul etdiyi qərarlar istiqamətində hazırlanan nüvə çıxış qanunu səbəbiylə bağlanacaq olan Tihange Atom Elektrik Stansiyasının 3 reaktorundan biri olan Tihange 2 reaktoru illik 1055 meqavat elektrik istehsal gücünə sahib idi.

Belçikada ümumilikdə 7 reaktor işləyirdi, 4-ü Hollandiya sərhədi yaxınlığındakı Doel AES-də, 3-ü isə Almaniya və Lüksemburq sərhədi yaxınlığındakı Tihange AES-də. Bu reaktorlar tərəfindən istehsal olunan elektrik enerjisi adətən ölkənin tələbatının təxminən yarısını ödəyirdi.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Belçika hökuməti 2025-ci ildə atom elektrik stansiyalarının istismardan çıxarılması planını hazırlamışdı.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı