“Veb saytların yaradılması ilə bağlı QHT-lərin məlumatlandırılması” mövzusunda onlayn təqdimat keçiriləcək
14 fevral 2023-cü il tarixində saat 15:00-da keçiriləcək “Veb saytların yaradılması ilə bağlı QHT-lərin məlumatlandırılması” mövzusunda onlayn təqdimat keçiriləcək.
QHT.az xəbər verir ki, təqdimat zamanı QHT-lərə veb saytın işləmə mexanizmi, ondan istifadə funksiyaları, veb saytın təhlükəsizliyi, axtarış sistemlərinin önəmi və kod yazmadan necə veb sayt yaratmağın yolları barədə məlumat veriləcəkdir.
Təqdimat “MG Consulting” MMC-nin İT mütəxəssisi Siyasət Qubadov tərəfindən təqdim olunacaqdır.
Tədbirə qoşulmaq üçün 12 fevral saat 00:00-a qədər qeydiyyatdan keçməniz xahiş olunur.
Qeydiyyat linki: https://forms.gle/qzXpJrZ6C6X6M2s76