Qrantlar 02.03.2023 21:15 11840

“Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi - ELAN

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir.

QHT.az xəbər verir ki, müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/  proqramı vasitəsi ilə qəbul ediləcək. 

Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə ərizələrin qəbulu 02 mart 2023-cü il tarixdən 24 mart 2023-cü il saat 18.00-dək müddəti əhatə edir.

 

 

 

 

 

            Azərbaycan Respublikasının

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin

“Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin

ELANI

 

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra Agentlik) “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir.

 

Agentlik qeyri-hökumət təşkilatlarını aşağıdakı mövzular üzrə layihə təklifləri təqdim etməyə dəvət edir:

 

  • Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, eləcə də  “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın sosial – iqtisadi sahədə əldə etdiyi uğurlar”, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın elm, təhsil, mədəniyyət sahələrində əldə etdiyi uğurlar”,  “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda gender siyasəti, ailə institutunun gücləndirilməsi və uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən işlər”, “Ümummilli Lider Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir”,  “Azərbaycanda sülh və sabitliyin qurucusu - Heydər Əliyev”, “Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsində Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin rolu”,“Azərbaycan dilinin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri”, “Ümummilli Lider Heydər Əliyev və dünya azərbaycanlıları”; “Heydər Əliyev və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu”,  “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın beynəlxalq uğurları”,  “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın neft strategiyası”, "Ümummili Lider Heydər Əliyev və qaçqın və məcburi köçkünlərin problemlərinin həlli” mövzularında ölkə daxilində və xaricində tədbirlərin təşkili (forumlar, konfranslar, simpoziumlar, düşərgələr  və digər), tədqiqatların aparılması, multimedia məhsullarının, rəqəmsal məhsulların  hazırlanması, kitabların hazırlanması və nəşri;

 

  • “Heydər Əliyev və Türk dünyası” mövzusunda  yerli və beynəlxalq tədbirlərin təşkili;

 

  • Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda  yerli və beynəlxalq tədbirlərin təşkili;

 

  • “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi” və “Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi təcrübəsi” mövzularında elmi-tədqiqatların aparılması;

 

  • QHT-lər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin əks etdirilməsi, təbliği məqsədilə digər mövzularda da  tədbirlərin təşkili (forumlar, konfranslar, simpoziumlar, düşərgələr  və digər), tədqiqatların aparılması, multimedia məhsullarının, rəqəmsal məhsulların  hazırlanması, kitabların hazırlanması və nəşri, digər təşəbbüslərlə əlaqədar layihə təklifləri təqdim edə bilərlər.

Layihələrin müddəti

  • Layihələrin müddəti 6 aydan çox nəzərdə tutulmamalıdır (layihələr 15 noyabr 2023-cü il tarixinə kimi yekunlaşmalıdır).

 

Qrantın məbləği

  • Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 25 000 (iyirmi beş min) manatdır.

 

QHT üçün tələblər

  • Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
  • Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
  • Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.
  • Müsabiqədə iştirak edəcək QHT-lərin Agentlik qarşısında debitor borcu (öhdəliyi) 1 may 2023-cü ilədək yekunlaşmalıdır;
  • Agentliyin elan etdiyi əvvəlki qrant müsabiqələrində müqavilə öhdəliklərinə məsuliyyətlə əməl olunmalı, şəffaflıq təmin edilməli, təsviri və maliyyə hesabatları təlimatlara uyğun təqdim olunmalıdır.     

 

Layihələrin qiymətləndirilmə meyarları

 

Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Agentlik aşağıdakı meyarlardan istifadə edəcək:

  • layihə mövzusunun QHT-nin nizamnamə məqsədlərinə uyğunluğu;
  • layihənin mövzusunun aktuallığı;
  • layihənin ideyasının əsaslandırılması və innovativliyi;
  • layihənin məqsəd və vəzifələrinin aydın təsviri;
  • layihənin dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı;
  • layihənin smeta xərcinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə və icra olunacaq fəaliyyətə uyğun olaraq hazırlanması,
  • maliyyə bölgüsünün məntiqli və inandırıcı olması;
  • QHT-nin və layihə heyətinin  layihə mövzusunda uyğun təcrübəsi;
  • layihə üzrə risklərin təhlili və azaldılması;
  • layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
  • layihə nəticələrinin aydın təsviri, ölçüləbillən olması,  onların layihənin məqsədinə uyğunluğu;
  • layihənin icrası zamanı müvafiq tərəfdaşlarla əməkdaşlıq;

 

Ərizələrin təqdim olunması üçün texniki tələblər

  • QHT-lər Agentliyin https://ngogrant.az/ proqramı vasitəsilə QHT və layihə haqqında məlumatları təqdim edir;
  • Şəxsən, poçtla və ya e-poçt ünvanlarına təqdim olunan ərizələr qəbul olunmur.  

 

Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar

  • Ərizə forması (elektron forma elana əlavə olunur),
  • Layihə təklifi (elektron forma elana əlavə olunur),
  • Fəaliyyət planı (elektron forma elana əlavə olunur),
  • Xərclər smetası (elektron forma elana əlavə olunur),
  • Dövlət qeydiyyatı haqqında şəhadətnamə,
  • Reyestrdən çıxarış,
  • Nizamnamə (təsdiq edilmiş sənədin bütün səhifələri),
  • VÖEN (sənədin hər iki üzü),
  • Bank rekvizitləri,
  • QHT rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti (sənədin hər iki üzü),
  • QHT rəhbərinin CV-si,
  • Layihə rəhbərinin CV-si,
  • Layihə mühasibinin CV-si.

 

Ərizələrin qeydə alınmasından imtina üçün əsas  səbəblər

  • Tələb olunan sənədlər tam təqdim edilmədikdə;
  • Təqdim olunan sənədlərdə səlahiyyət müddəti bitdikdə;

 

QEYD:

  • Müsabiqəyə təqdim olunan sənədlərdə dəyişiklik və düzəliş edilə bilməz.

 

 Müsabiqənin prosedur qaydaları

Müsabiqə üzrə ərizələrin qəbulu 02 mart 2023-cü il tarixindən – 24 mart 2023-cü il tarixədək elektron qaydada həyata keçirilir.

 

Əlavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 09 mart 2023-cü il saat 15.00-da ZOOM platformasında keçiriləcək.

Sessiyada iştirak etmək istəyən QHT nümayəndələri üçün ZOOM link:

 

https://us02web.zoom.us/j/85605283251?pwd=a0hnUkRWOTlmVkxWb21MODVJTkhNUT09

 

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Agentliyin Layihələrin idarəedilməsi departamentinin əməkdaşı Fuad Rzazadəyə müraciət etmək olar: 

e-mail: [email protected] ,

mobil telefon: 994555296919

 

 

 

Qrant müsabiqəsinin ELANI

ƏRİZƏ Forması

Layihə təklifi forması

FƏALİYYƏT PLANI

Xərclər smetası


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı