Xəbərlər 14.03.2023 19:34 2187

ABŞ-ın tanınmış hüquq professoru BDU-nun Hüquq fakültəsində olub

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev ABŞ Dövlət Departamentinin Təhsil və mədəniyyət işləri üzrə Bürosunun təşkil etdiyi “Fulbright” elmi-tədqiqat proqramının xətti ilə Hüquq fakültəsinə ezam edilmiş ABŞ-ın tanınmış hüquq professoru, vəkil Tomas Qlasmanla (Thomas F.Glassman) görüşüb.

 

QHT.az  E-huquq.az -a istinadən xəbər verir ki, Z.Əliyev Hüquq fakültəsinin tarixi, tədrisin təşkili prosesi, ingilis bölməsində dərslərin keçirilməsi qaydaları, ikili diplom proqramları, həmçinin tələbələrin uğurları haqqında amerikalı professora ətraflı məlumat verib.

 

T.Qlassman Hüquq fakültəsində görülən işləri, fakültənin beynəlxalq əməkdaşlıq əlaqələrini, həmçinin tələbələrin bilik səviyyəsini yüksək qiymətləndirərək dərs dediyi ABŞ universitetlərinin Hüquq məktəblərinin Hüquq fakültəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Tərəflər gələcək əməkdaşlıq məsələlərini müzakirə etdilər və tədris sahəsində nüfuzlu xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

 

Qeyd edək ki, professor T.Qlasman həmçinin ABŞ-ın Cleveland şəhərində yerləşən "Bonezzi Switzer Polito & Hupp" hüquq bürosunun təsisçisidir və orada mülki hüquq və sığorta hüququ üzrə ixtisaslaşmış vəkil kimi çalışır. Əsas ixtisas və tədqiqat sahələri bank hüququ, vergi hüququ, əqli mülkiyyət hüququ və kommersiya hüququ ilə bağlıdır və bu sahədə bir sıra elmi əsərlərin müəllifidir. 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı