Xəbərlər 31.05.2023 11:13 1077

2018-2023: DOST mərkəzlərində 1 mln. 561 min vətəndaşa xidmət göstərilib

DOST konsepsiyası son illərin uğurlu sosial islahat nümunələrindən biri olmaqla ölkəmizin yeni brendi kimi tanınır.

 

Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri və Abşeron rayonunda olmaqla 6 DOST mərkəzi, habelə Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi açılıb.

 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir.

 

DOST mərkəzlərində ötən dövrdə 1 mln. 561 min vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faizdir.

 

Könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramına isə 88,9 min müraciət olub və proqrama 3,4 min nəfər cəlb edilib.

 

DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir və DOST Agentliyi 9 beynəlxalq mükafat və sertifikatla təltif olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı