Xəbərlər 07.06.2023 12:48 1338

Qəbələdə sel kəndin rayon mərkəzi ilə əlaqəsini kəsib

Dünən gecə saatlarından başlayan leysan xarakterli yağış Qəbələdə də fəsadlar törədib.

 

QHT. az  bildirir ki,   APA-nın Şirvan bürosu xəbər verir ki, güclü leysan nəticəsində Qəbələnin Laza kəndinə gedən yolu sel suları yuyub. Nəticədə yol yararsız hala düşüb, Laza kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hazırda alternativ yoldan istifadə edilir.

 

Çaylarda hələ də bolsululuq müşahidə olunur.

 

Qeyd edək ki, güclü yağış və külək Azərbaycanın şimal-qərb rayonlarında bir sıra fəsadlara səbəb olub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı