Xəbərlər 07.06.2023 16:27 1130

DOST RİM nüfuzlu beynəlxalq müsabiqənin finalçısı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Böyük Britaniyanın nüfuzlu Texnologiya Təchizat Şəbəkəsinin keçirdiyi İnnovasiya Mükafatları- 2023 beynəlxalq müsabiqənin finalçısı olub.

 

Bu ilki müsabiqə 3 kateqoriya (İnnovatorlar, İnnovasiya Çempionları, Yenilikçi Liderlər) üzrə ümumilikdə 13 nominasiya (İlin İstehsalat İnnovatoru, İlin mühəndislik İnnovatoru, İlin Davamlılıq İnnovatoru, İlin Texnologiya İnnovatoru, İlin Yenilikçisi, İlin İcma İnnovatoru, İlin Yeni İnnovasiyası və s.) istiqaməti üzrə təşkil olunub.

 

DOST RİM Texnologiya Təchizat Şəbəkəsinin saytında (https://tiawards.co.uk/) ictimaiyyətə açıq olan səsvermə prosesində kifayət qədər səs toplayaraq müsabiqənin “İnnovatorlar” kateqoriyasında “İlin Texnoloji İnnovatoru” nominasiyası üzrə finalçılar siyahısında yer alıb. 

 

Həmin nominasiya son bir ildə innovativ yeni məhsullar, xidmətlər və ya prosesləri inkişaf etdirmiş şirkət və təşkilatlar üçün nəzərdə tutulub.

 

Müsabiqənin təşkilatçısı olan Texnologiya Təchizat Şəbəkəsinin üzvləri sırasına Aston, Birmingem, Koventri, Vorvik və Volverhampton universitetləri, eləcə də İstehsalat Texnologiya Mərkəzi, Make UK və TechNation daxildir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı