Xəbərlər 09.06.2023 15:50 6854

Uşaqlar üçün möhtəşəm "Yay düşərgəsi" işinə başlayır

Gün müddətində övaldlarınız unudulmaz günlər yaşayacaq. Belə ki, proqrama gün ərzində 4 dəfə sağlıqlı qidalanma, komfortlu otaqlarda ‍istirahət və gecələmə, həkim-pediatr müayinəsi, təmiz havada gəzinti, futbol saatı, basketbol zamanı, PlayStation, 4 stolüstü tennis, stol üstü futbol, şahmat, dama, zəngin kitabxanada “Mütaliə saatı”, rəngarəng fləşmoblar, kino saatı, hər gün diskoteka, hovuz əyləncəsi, ingilis dilində oyun-təlimlər, (Fred's English) Rəqs təlimi, “Valideyn Məktəbi”nin xüsusi təlimi, “Övladlarımızı və özümüzü nə dərəcədə tanıyırıq?” Psixoloji və interaktiv oyunlar və s. ‍daxildir. Bir sözlə, bol əyləncə və faydalı zaman keçirmək istəsəniz buyurun gəlin.

 

QHT.az xəbər verir ki, balaca dostlarımızın yolunu aktiv təhlükəsizlik kameraları, gözətçilər, peşəkar dəstə rəhbərləri, gülərüz işçi personalı ilə gözləyirik. Əvvəlcədən qeydiyyat və uşaq üçün giriş vərəqəsi almaq mütləqdir.

Ünvan: Şüvəlan qəsəbəsi.

Qeydiyyat üçün əlaqə: (055) 345-62-54

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı