Xəbərlər 03.08.2023 00:23 2926

Əlilliyi olan şəxslərin diqqətinə!

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi əlilliyi olan şəxslərə ödənişsiz hüquqi yardım xidməti təklif edir.

Birlikdən QHT.az-a verilən məlumata görə, hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışların verilməsi, məhkəmələrə iddia ərizələrinin verilməsi, ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi, dövlət qurumlarına sorğu və müraciətlərin göndərilməsi, digər növ hüquqi yardım xidmətlərinin göstərilməsi tam ödənişsiz hayata keçirilir.

Qeyd edək ki, hüquqi yardım xidməti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Əlilliyi olan şəxslərin hüquqi müdafiəsinə dəstək" layihəsi çərçivəsində 2023-cü ilin avqust, sentyabr va oktyabr aylarında davam edəcək.

Hüquqi yardım xidməti üçün əlaqə saxlaya və müraciətlərinizi ünvanlaya bilərsiniz:

e-maıl: dloffıce2006@gmaıl.com

Telefon və whatsapp nömrələri: (+994) 051 4297124

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı