Xəbərlər 13.09.2023 10:13 1028

AB-dən Ağdam-Xankəndi yolu ilə bağlı mühüm bəyanat

Cənubi Qafqazda gərginliyin azaldılması kontekstində Rusiyanın humanitar yüklərinin Ağdam-Xankəndi marşrutu ilə keçməsi mühüm addımdır. Biz bu addımın həssaslığını başa düşürük və ümid edirik ki, bu, yerli əhaliyə müntəzəm tədarükün bərpasına təkan verəcək.

 

QHT.az  Axar.az -a istinadən xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının saytında yayılan bəyanatda qeyd olunub.

 

“Orada vəziyyət sürətlə pisləşir. Qarabağ ermənilərinə lazımi məhsulların verilməsini təmin etmək son dərəcə vacibdir. Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolunun işinin bərpasına töhfə verməli olan mühüm addımdır. Biz bütün maraqlı tərəfləri həm Laçın, həm də Ağdam marşrutlarından istifadə imkanlarının təmin edilməsində məsuliyyət və çeviklik nümayiş etdirməyə çağırırıq. Oradakı çətin vəziyyət çox uzun müddətdir davam edir, indi payız-qış mövsümü öncəsi də daxil olmaqla humanitar yardımlara çıxışı təmin etmək üçün davamlı və qarşılıqlı məqbul həllər tapmaq vacibdir. Biz əvvəlki razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq Laçın yolunun “blokadadan çıxarılmalı” olduğuna inamımızı bir daha təsdiqləyirik və digər tədarük marşrutlarının yerli əhalinin rifahı üçün faydalı olacağına əmin olduğumuzu vurğulayırıq”, - bəyanatda deyilib.

 

AB cari hadisələrlə bağlı yaxın günlərdə və həftələrdə daha konkret addımların atılacağını gözləyir:

 

“O cümlədən Bakı və Qarabağ erməniləri arasında onların hüquqları, təhlükəsizliyi ilə bağlı dialoq, barışıq səyləri və ümumi Ermənistan-Azərbaycan sülh prosesi ilə də əlaqədar konkret addımlar gözləyirik”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı