Xəbərlər 03.10.2023 09:30 1481

Almaniyanın silah ixracı rekord həddə çatdı

Bu il Berlin artıq Ukraynaya 3,3 milyard avro dəyərində hərbi texnikanın ixracına razılıq verib.

QHT.az xəbər verir ki, Almaniya Ukraynaya hərbi yardımı davam etdirir. Ölkə artıq Almaniyadan ən çox silah alan ölkəyə çevrilib. Təkcə 2023-cü ilin ilk üç rübündə federal hökumət 8,76 milyard avro dəyərində silah ixracını təsdiqləyib. Bu, bütün ötən ilin göstəricisindən çoxdur (2022-ci ildə 8,35 milyard avro ixrac edilib). Bu il ixracın təxminən yarısını silah və digər hərbi texnika təşkil edib.

Ümumilikdə, hökumət təsdiqlənmiş ixracatın 90 faizindən çoxunun Aİ və NATO ölkələrinə və ya Ukrayna və Cənubi Koreya kimi “yaxın tərəfdaşlara” getdiyini bildirib. Almaniyanın silah ixracatının ikinci ən böyük alıcısı 1 milyard avrodan bir qədər çox ilə Macarıstan, ikinci yerdə 467 milyon avro ilə ABŞ gəlir.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı