Xəbərlər 27.05.2025 21:01 114

Almaniyanın yeni hökuməti açıq vətəndaşlığı ləğv edir

Almaniyada vətəndaşlıq almaq üçün tələb olunan yaşayış müddətinin beş ilədək artırılması planlaşdırılır.

QHT.az verir ki, Almaniyada yeni hökumət “ekspress vətəndaşlıq” sistemini ləğv etməyi və miqrantların ailə birləşməsini məhdudlaşdırmağı planlaşdırır. Yeni daxili işlər naziri Aleksandr Dobrindt mayın 28-də təqdim edəcəyi qanun layihəsində, vətəndaşlıq üçün tələb olunan yaşama müddətini üç ildən beş ilə artıracaq. Dobrindt bunun inteqrasiya prosesinin sonunda vətəndaşlıq verilməli olduğunu bildirib. Eyni zamanda, rəsmi statusu olmayan miqrantların ailə birləşməsi iki il müddətinə müvəqqəti dayandırıla bilər. Bu addımlar ölkədə qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi daşıyır.

2024-cü ildə Almaniyada 200 mindən çox insan vətəndaşlıq alıb. Dil bilmək və daimi iş sahibi olmaq isə vətəndaşlıq üçün əsas şərtlər olaraq qalır. Bundan başqa, ukraynalıların Almaniyada iş tapması və maaşları barədə məlumatlar da verilib. Ən aşağı əmək haqqı saatda 12,82 avro səviyyəsindədir və əsasən kənd təsərrüfatı, logistika, təmizlik, tikinti və elektrik işlərində çalışanlara şamil olunur.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı