Xəbərlər 02.06.2025 00:46 159

“Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” mövzusunda dördüncü təlim uğurla başa çatdı - FOTOLAR

29 may 2025-ci il tarixində “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” layihəsi çərçivəsində üçüncü növbəti təlim uğurla keçirildi.

QHT.az xəbər verir ki, təlimin açılışında təlimçi Zümrüd Xəlilova iştirakçıları salamlayaraq bu gün keçiriləcək təlimin əvvəlki sessiyaların davamı olduğunu bildirdi. O, əvvəlki məşğələlərdə başlanmış əl işlərinin bu gün tamamlanacağını və yeni texnikaların öyrədiləcəyini qeyd etdi. Təlim zamanı iştirakçılar iki qrupa bölünərək müxtəlif əl işləri hazırladılar:

1-ci qrup:

Toxunma çantalar: Uşaqlar bu dəfə daha diqqətli və mərhələli şəkildə toxunma çanta hazırladılar. Parça seçimi, yapışdırma və bəzədilmə prosesində onların özlərinə olan güvəninin artdığı müşahidə olundu. Bəzi uşaqlar əvvəlki səhvlərini təkrar etməməyə çalışaraq təkmilləşmə nümayiş etdirdilər. Qolbaq və saç rezinləri: Muncuq seçimi əvvəlki dərslərə nisbətən daha planlı və məqsədyönlü oldu. Uşaqlar rəng uyğunluğuna diqqət etdilər, eyni ölçülü muncuqlardan istifadə etdilər.

Hörmə qolbaqlar: Sadə hörmə texnikasını öyrənən uşaqlar, fərdi və köməkçi dəstəklə öz qolbaqlarını hazırladılar. Əl motor bacarıqları zəif olan iştirakçılar üçün sadələşdirilmiş tapşırıqlar təqdim edildi və onlar da uğurla nəticə əldə etdilər.


2-ci qrup:

Muncuq çantalar: İştirakçılar əvvəlki dərslərdə qazandıqları təcrübəyə əsaslanaraq daha yaradıcı və fərdi yanaşmalar nümayiş etdirdilər. Bəzi uşaqlar çantalarına simvollar və ya ad baş hərfləri əlavə edərək fərdi toxunuş yaratdılar.

Qolbaq və saç aksessuarları: Hər bir uşaq öz zövqünə uyğun rəng və forma seçimi ilə müxtəlif dizaynlar hazırladı. Qolbaqlar arasında ailə üzvlərinə hədiyyə məqsədilə hazırlananlar da vardı ki, bu da onların empatiya və paylaşım hisslərini önə çıxarırd. Hörmə texnikası: Daha mürəkkəb hörmə üsullarını sınamaq istəyən uşaqlara əlavə materiallar və fərdi dəstək verildi. Bəzi iştirakçılar bu tapşırıqları müstəqil şəkildə yerinə yetirərək qürur hissi yaşadılar.

 

Təlimin nəticələri və müşahidələr:

Davamlı inkişaf: Uşaqlar əvvəlki təlimlərdə qazandıqları bilik və bacarıqları bu dəfə daha inamla tətbiq etdilər. Onlar tapşırıqları daha müstəqil və cəld şəkildə yerinə yetirdilər.

Yaradıcılıq və özünüifadə: İştirakçılar rəng seçimi, dizayn yanaşmaları və fərdi ideyalar vasitəsilə öz daxili aləmlərini ifadə etdilər.

Sosial bacarıqların güclənməsi: Hazırladıqları əl işlərini paylaşmaq, izah etmək və hədiyyə etmək istəkləri onların sosial-emosional inkişafına müsbət təsir göstərdi.

Fərdi yanaşmanın effektivliyi: Əl motor bacarıqları zəif olan uşaqlar üçün uyğunlaşdırılmış tapşırıqlar verildi və onların da uğur qazanması xüsusi sevinc və motivasiya yaratdı.

Bu kimi təlimlər əlilliyi olan şəxslərin yaradıcı potensialını üzə çıxarmaqla yanaşı, onların sosial həyata fəal inteqrasiyasına da mühüm töhfə verir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı