Xəbərlər 03.10.2023 11:50 1458

Dövlət Komitəsi: Qadın hüquqları ilə bağlı QHT-lərin fəaliyyəti qənaətbəxş deyil

"Azərbaycanda qadın hüquqları ilə bağlı 200-ə yaxın QHT mövcuddur, amma bu təşkilatlar o qədər fəal deyil və olanların da fəaliyyətləri o dərəcədə də keyfiyyətli deyil".

 

QHT. az APA -a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova “BMT-nin Uşaq Hüquqları Komitəsinin və Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinin Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda keçirilən konfransda deyib.

 

O qeyd edib ki, bəzi təşkilatlar qadın hüquqları sahəsində fəaliyyətlərin asan olduğunu düşünürlər.

 

"Lakin onların çoxunun BMT-nin qadın və uşaq hüquqları ilə bağlı sənədlərindən, dövlət qanunlarından xəbərləri yoxdur. QHT-lərin qrant almaq üçün təqdim etdikləri layihələri oxuyuruq, çatışmazlıqlar var. Onlar bir sıra sənədlərdən məlumatsızdırlar" - deyə o qeyd edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı