Xəbərlər 04.10.2023 00:51 1119

Leytenant Məhəmməd Şəbiyevin anım günüdür

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan leytenant Məhəmməd Şəbiyevin anım günüdür.

QHT.az xəbər verir ki, Şəbiyev Məhəmməd Vaqif oğlu 1998-ci il avqustun 6- da Bakı şəhərində anadan olub. Məhəmməd Vətən müharibəsində igidlik və mərdlik göstərərək 2020-ci ilin bu günü Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı