Xəbərlər 06.11.2023 11:49 2551

Vətən Müharibəsi Qəhrəmanı - şəhid XTQ polkovnik-leytenantı Ramiz Cəfərovun anım günüdür

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Cəfərov 2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olmuş, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib və noyabr ayının 6-da qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Donesk vilayətinin Makeyevka şəhərində anadan olub. 1989–1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1992–1996-cı illərdə isə V. F. Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb. 004-cü ildə martın 1-dən martın 20-nə qədər Birləşmiş Ştatlarda baş tutan NATO-nun "Əməliyyat heyəti zabitləri" Kursunda iştirak edib.

Ramiz Cəfərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı