Meşələrimizi yanğndan qoruyaq
Ətraf mühitin mühafizəsi təbii sərvətlərdən standartlara uyğun səmərəli istifadə bu gün bəşəriyyətin qarşısında duran ən böyük problemlərdəndir. Ekoloji problemlərə yanaşma müsbət mənada dəyişilsədə baş alıb genişlənən təbii fəlakətlər mütəxəssisləri narahat etməkdədir.
Dünyada meşə yanğınları tarixən həmişə olub lakin tüğyan edən yanğınlar necə deyərlər həyacan təbili çalmağa əsas verir. Son illər respublikamızda meşə təsərrüfatına malik olan rayonlarda yanğınların miqyası xeyli artıb. Respublikamızın 1 mlyon 342 min hektar meşə sahəsi vardır ki,buda adam başına 0,11 hektar yaşıllığın düşməsi deməkdir.Qonşu ölkələrdə Rusiyada bu rəqəm 41,4 Belorusiyada 32,5 Latviyada 38,0 təşkil edir ki,bizimlə müqayisədə çoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Milli Hidrometeorologiya «Xidməti bu il yanğına həssas olan bölgərimizin adlarını açıqlayıb. Beləliklə, Naxçıvan Muxtar Respublikası,Qazax,Gəncə öncül sırada yer alıblar. Riyazi üsulla yanğın indeksi hesablanıb və digər rayonlarımız Balakən-Şəki, Quba-Xaçmaz, Dağlıq Şirvan, Lənkəran-Astara bölgələrində yanğın indeksi yüksək həddə çatıb. Lakin bəzi günlərdə hava şəraitinin qeyri sabit,yağmurlu keçməsi ilə əlaqədar yanğın Indeksi sıfırlanıb. Bu da yanğın təhlükəsi risqinin xeyli azalmasına səbəb olub.Son illər biçinnən sonra tarlaların yandırılması bir adət halını alıb.İndinin özündə də rayonlara səfər edərkən belə yanğınlar müşahidə edilir. Baxmayaraq belə hallarda fiziki şəxslər 300-400 vəzifəli şəxslər 1500-2000 hüquqi şəxslər isə 5000-6000 manat cərimələnirlər. Bu yanğınlar meşələr üçün böyük təhlükə yarada bilər.
Yanmış torpağın tərkibində olan üzvü və mineral maddələr məhv olduğundan onun tərkib və xassələri dəyişir, nəticədə torpağın umus qatı keyfiyyətini itirir ki, bu da növbəti ildə məhsuldarlığın azalmasına ciddi təsir edir. Meşədə bulaq başında və s. istirahət edən turistlərin ərazini tərk edən zaman tonqalı tam söndürməməsi və yaxud siqaret kötüyünü əraziyə atılması yanğınlara səbəb ola bilər. Meşəni meşə edən ağaclardı. 7-8 ağac bir insanın il ərzində qəbul etdiyi oksgeni atmosferə buraxır. Göründüyü kimi hər bir ağaca bizi yaşadan müqəddəs təbii sərvət kimidə baxmaq mümkündür. Atmosferi oksgenlə təmin edən bir nömrəli təbii vasitə məhz əsrarəngiz meşələrdir.
İnsan qidasız, susuz uzun müddət yaşaya biləcəyi halda oksgensiz bir neçə dəqiqəyə tələf olur. Ağac yeganə təbii sərvətdir ki,ondan 30 mindən artıq əşyalar hazırlanır. Elə bir təbii sərvət tapmaq mümkün deyil ki, ağac qədər insanlara fayda versin.Meşələr eyni zamanda su mühafizə edici xassəyə malikdirlər. Göz yaşı kimi təmiz,şəffaf bulaqlarıda yaradan dilbər meşələrdir.
Flora və faunamızı zənginləşdirəndə yaşıl ciyərlərimizdir. Hər birimizin xoşladığı meşə meyvələridə bu qəbildəndir. Ağaclar sağlamlıq mənbəyidir. Xəstə adam meşə ərazisinə daxil olan andan özünü gümrah hissi edir. Meşələrimizdə beş minnən artıq dərman bitkiləri bitir ki, bunlarında yeganə amacı insanlara fayda verməkdən ibarətdir. İqlim zənginliyimiz meşələrimizin timsalında müsbət mənada özünü göstərir. Təsərrüfat əhəmiyyətinə görə meşələrimiz eyni zamanda kurot əhəmiyyətli meşələr kimi də çox məhşurdur.
Gəlin meşələrimizi yanğından qoruyaq, onun qayğısına qalaq, hər il yeni-yeni ağaclar əkməklə meşələrimizi ildən-ilə daha da genişləndirək.Görkəmli akademik ekoloq alim Həsəsn Əliyevin təbirincə desək “Təbiətə münasibətdə yubanmaq çox yaşamağa yubanmaqdadır”
"Mühit" Ekoloji Mühafizə İB-nin sədri
Hünbətəliyev Əzizağa