Siyəzən rayonunda “Meşələri qoruyaq” layihəsi çərçivəsində ekoloji tədbir keçirilib - FOTOLAR
Siyəzən rayonu şimaldan Böyük Qafqaz sıra dağları və Altıağac Milli Parkı, şərqdən isə göz işlədikcə uzanan Samux Dəvəçi Ovalığı və sayrışan ləpə- ləri ilə sahili döyəcləyən Xəzər dənizinin sahilində qərar tutub.
QHT.az xəbər verir ki, zirvəsi buludlara qonşuluq edən Beşbarmaq dağının əzəmətli görünüşü, bu yerlərə qonaq gələn hər kəsin diqqətini ilk andaca özünə cəlb edir. “Mühit”Ekoloji Mühafizə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “COP29 Yaşıl gələcək naminə meşələri qoruyaq”layihəsinin fəaliyyət proqramına uyğun olaraq Siyəzən rayonunda tədbir keçirmişlər. Birliyin sədri Əzizağa Hünbətəliyev Siyəzən meşələrinin flora və faunası, meşələrin ölkələrin və insanların həyatında rolu və əhəmiyyəti, ötən il Bakı şəhərində keçirilmiş COP29 sessiyasının ölkəmizin və ümumilikdə dünya ekologiyasına müsbət təsiri və prespektivlərini iştirakçıların diqqətə çatdırdı.
Tədbirdə iştirak edən Fövqaladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Maarifləndirmə Sektorunun baş məsləhətçisi Nair Dəmirov yanğın təhlükəsizliyi,habelə təsərrüfat fəaliyyəti zamanı təbiətə zərər yetirən nəzarətsiz yanğınlar və onlardan mühafizə olunmağın qaydalarını izah edərək,sistemli yanaşma və qabaqlayıcı tədbirlərin əhəmiyyətini qeyd etdi.Siyəzən rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis leytenantı Əhmədxan Qasımov meşə, park turizm zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə, tullantıların atılması bu ərazilərin çirklənməsinin qarşısının alınması məqsədilə vətəndaşlarla maariflənmə tədbirlərinin mütəmadi olaraq aparıldığını qeyd etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Meşə Mühafizə mühəndisi Xəqani Məmmədov Meşələrin mühafizəsi,qorunması, meşə ilə örtülü olmayan torpaqlarda yaşıllıqların bərpa olunmasının vacibliyini bu sahədə görülən işlərin vacibliyini qeyd etdi.
Layihənin eksperti hüquqşünas Aydın Kərimov meşələrin həyati əhə- miyyətli təbii sərvət olduğunu,onun qorumasının vacibliyi və bu ictimai fəalların və əhalinin fəallığının nail olmağın vacib olduğunu izah edərək baş verən ekoloji pozuntular zamanı cinayət və inzibati xətalar məcəlləsinin müvafiq maddələrini izah etdi. Sonra tədbir iştirakçıları Qala və Məşrif kəndlərinin yol kənarı meşə ərazilərində məlumatlandırıcı lövhələr bərkitdilər.