Xəbərlər 13.12.2023 14:58 1815

FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı dünya çempionatda gümüş medal qazanıb

1-4 dekabr 2023-cü il tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Dünya Alpaqut Federasiyasının təşkilatçılığı ilə Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı keçirilib.

 

Çempionatda dünyanın 23 müxtəlif ölkəsindən 450-dən çox idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda ölkəmizi təmsil edən idmançılar sırasında Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun məşqçi-müəllimi Sərvin Haşımlı +85 kq çəki dərəcəsində döyüş növünün qurşaq (güləş) sistemində 3 döyüş keçirərək çempionatın gümüş medalının sahibi olub.

 

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançı ilə görüşərək qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı