Xəbərlər 22.12.2023 10:04 2486

DSMF daha bir mükafat qazanıb

Dövlət Sosial Müdafiə Fondu daha bir mükafat qazanıb

 

"Azərbaycan Milli İnternet Mükafatı"nın qalibləri elan olunub. 

2004-cü ildə təsis olunmuş "Azərbaycanın Milli İnternet Mükafatı" - NETTY müsabiqəsinin qalibləri arasında Dövlət Sosial Müdafiə Fondu da var. Fond müsabiqədə “Dövlət və elektron hökumət" istiqaməti üzrə “İlin veb saytı” nominasiyasının qalibi olub.  

Müsabiqədə vətəndaşlar üçün əlçatan, anlaşılan, ən çox istifadə olunan və innovativ yeniliklər tətbiq edən saytlar iştirak edib. 

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun veb-saytı texniki tapşırıq əsasında “Safaroff Agency” tərəfindən hazırlanıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı