Xəbərlər 30.12.2023 17:04 7977

“Bu il aztəminatlı ailələrə dövlət büdcəsi hesabına ödənilən mediasiya xərcləri 12069.65 AZN məbləğində təşkil edib” - Nadir Adilov

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın tələblərinə görə aztəminatlı ailələrin mediasiya xərcləri dövlət vəsaiti hesabına ödənilir. 2023-cü il ərzində aztəminatlı ailələrə dövlət büdcəsi hesabına ödənilən mediasiya xərcləri 12069.65 AZN (on iki min altmış doqquz manat 65 qəpik) məbləğində təşkil edib”.

QHT.az xəbər verir ki, bu fikri Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov bildirib. Onun sözlərinə görə, ödənilən vəsait 2023-cü il ərzində rəsmi işsiz və ya işaxtaran, habelə ünvanlı dövlət sosial yardımı alan 229 nəfərə şamil edilib. Aztəminatlı ailələrin mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanında nəzərdə tutulub.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı