Xəbərlər 18.01.2024 00:15 1434

 “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrası təhsil ocaqlarında davam edir - FOTOLAR

“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 16 yanvar 2024-cü il tarixində Bilgəh qəsəbəsi 142 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin növbəti tədbirini təşkil edib.

Layihə rəhbəri Namiq Nəcəfov QHT.az – a bildirib ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunmuş 17-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən, Azərbaycan Respublikasının Elm və Təhsil Naziliyi  yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin razılığı ilə 01 dekabr 2023-cü il tarixindən başlayaraq, “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 təhsil ocağında həyata keçirilən “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin icrası davam edir.

16 yanvar 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Bilgəh qəsəbəsi 142 № li tam orta məktəbin  kitabxanasında layihənin növbəti tədbiri keçirilib. Kitabxanada masa üzərində Heydər Əliyevə həsr olunmuş çox maraqlı albomlar, kitablar digər əyani vəsaitlər nümayiş etdirilirdi. Məktəbin qabiliyyət və bacarıqları ilə fərqlənən, entuziastlardan ibarət yenilikçi qrupu, 9 ç sinif şagirdi  Əliyeva Rəhimə,11a sinif şagirdi  Zeynalova Fatimə rəsm müəllimi Dadaşova Həqiqətin rəhbərliyi ilə çox məharərlə, 1.20 x 1,30 ölçüləri olan lovhə üzərində baliqqulağı parçalarından Ulu Öndərin portretini yaradıblar.

“Oriqami” təşkilatı, layihə çərçivəsində hazırlanmış loqolu Rol up, masanın üstündə layihə çərçivəsində hazırlanmış loqolu  kiçik formatlı bayraqlar, loqolu qələm, loqolu qovluq, loqolu dəftərçə, Sertifikat, ,loqolu titul vərəqləri ,loqolu Hədiyyə çantaları,loqolu bəclər nümayiş etdirirdi.

Tədbirdə  142 № li tam orta məktəbin  direktoru vəzifəsini icra edən T.Mahmudova,  direktor əvəzi Ş.Əmirova, UBTR Ağayeva M., sosial pedaqoq Quliyeva R.,  psixoloq Hüseynova G., və layihə rəhbəri Namiq Nəcəfov iştirak edirdilər. Tədbirə Vİ,VII,VIII sinif şagirdləri toplaşmışdılar. Onlar könüllülük prinsipi əsasında “Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinə qoşularaq  tətil günlərində  evdə Ulu Öndərə həsr olunmuş esse yazıları hazırlamışdılar. 7 a sinif şagirdləri Ə.Ağaliyeva,Ş.Məmmədli,və M.Qasımlı

müxtəlif vasitələrlə taxta üzərində  Ulu Öndərin imzasını,yubiley tarixini və rəsmini hazırlamışdılar. Tədbiri, giriş sözü ilə, layihə rəhbəri N.Nəcəfov açdı. O, çıxışında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş silsilə  tədbirlər barəsində  geniş məlumat verdi və bildirdi ki, Sabunçu rayonu,Bilgəh qəsəbəsində 142 № li tam orta məktəbdə “Oriqami” təşkilatı tərəfindən icra olunan “Heydər Əliyev və mənim gözəl paytaxtım" layihəsi  Azərbaycan Respublikası Gənclər Fondunun  maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə Bakıətrafı kənd və qəsəbələrdə yaşayan uşaq, yeniyetmə və gənclərin intellektual inkişafına istiqamətlənmişdir.

Digər çıxış edənlər Təhminə Mahmudova, Şəhla Əmirova “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin şagirdlərin təlim-tərbiyəsində mühüm əhəmiyyətini qeyd etdilər. Tədbirə toplaşmış 14 nəfər VI - VIII sinif şagirdləri Ulu Öndərə həsr olunmuş esse yazılarından kiçik parçalar oxudular. Şagirdlərin maraqlı və məzmunlu çıxışları bütün iştirakçıların  çox xoşuna gəldi və dəfələrlə alqışlandı. 142 № li tam orta məktəbin rəhbərliyinə Təşəkkürnamə, tədbir  iştirakçılarının hər birinə hədiyyə dəstləri təqdim olundu. Layihə rəhbəri N.Nəcəfov təqbirdə fəal iştirak etdikləri üçün  şagirdlərə təşəkkür etdi və tədbirin keçirilməsi məqsədi ilə yaradılan şəraitə və təşkilatçılığa görə Bilgəh qəsəbəsi 142 № li tam orta məktəbin pedaqoji heyyətinə  minnətdarlığını bildirdi.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı