Xəbərlər 26.01.2024 08:50 2072

“Hər kəsdən Qanunun bu tələbinin rəhbər tutulmasını xahiş edirik” - Nadir Adilov

Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişiklik öz təsdiqini tapıb. Dəyişikliyə əsasən kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmə tələbi aradan qaldırılıb.

QHT.az xəbər verir ki, bu barədə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib. Onun sözlərinə görə, kommersiya mübahisələri üzrə İkin Mediasiya Sessiyasının keçirilməsi bu gündən tələb olunmur, tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən kommersiya mübahisələri mediasiya vasitəsilə həll oluna bilər: “Kommersiya mübahisələrinə yanaşma, mülki mübahisələrə olan yanaşma ilə eyniləşib. Tərəflərin istəyinə əsasən, könüllü olaraq kommersiya mübahisəsi üzrə Tam Mediasiya Sessiyası keçirilə bilər. Hər kəsdən Qanunun bu tələbinin rəhbər tutulmasını xahiş edirik".

Sonda Nadir Adilov Mediasiya sahəsinə ayrılan xüsusi diqqətə görə ölkə başçımız cənab Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib və üzərilərinə düşən vəzifələri layiqincə icra etməyə hər zaman hazır olduğunu bildirib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı