Xəbərlər 01.02.2024 09:43 1331

Almaniyada 11 hava limanında tətilə görə 1100 aviareys ləğv ediləcək

Almaniyada fevralın 1-də təxminən 200 min sərnişinə təsir edəcək ən azı 1100 reys ləğv ediləcək. Bu barədə Almaniyanın ADV Hava Limanları Assosiasiyası məlumat yayıb.

QHT.az xəbər verir ki, “Deutsche Welle” xəbər verir ki, buna səbəb “Ver.di” həmkarlar ittifaqının təşkil etdiyi hava limanının təhlükəsizlik işçilərinin bir günlük xəbərdarlıq tətilidir.

Tətil ölkənin 11 hava limanında keçiriləcək: Frankfurt-Mayn, Hamburq, Berlin, Düsseldorf, Köln, Ştutqart, Bremen, Hannover, Leypsiq, Drezden və Erfurt. Tətil Münhen və Nürnberq hava limanlarına təsir etməyib, lakin yuxarıda qeyd olunan şəhərlərə bütün reyslər ləğv ediləcək.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı