Xəbərlər 14.02.2024 20:42 1455

Yaxşı qidalanma, yuxu və ictimai fəaliyyət depressiya riskini azaldır

Kembric Universitetinin alimləri bildiriblər ki, orta dərəcədə spirt istehlakı, sağlam yuxu və qidalanma, həmçinin fiziki və sosial aktivlik depressiyanın qarşısını almaq üçün tədbirlər kimi çıxış edə bilər. 

QHT.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi məlumatlara görə, hər iyirmi yaşlıdan biri depressiyadan əziyyət çəkir. Bu psixi pozğunluq əhval-ruhiyyənin davamlı azalması və düşüncə pozğunluğu ilə özünü göstərir.

Müəyyən edilib ki, nizamlı və keyfiyyətli yuxu depressiyaya düşmə riskini 22% azaldır. Ünsiyyət və aktiv sosial həyat bu pozğunluq ehtimalını 18%, orta dərəcədə spirtli içki qəbulunu 11%, düzgün qidalanma 6%, müntəzəm fiziki fəaliyyət -14%, siqaretdən imtina 20% və orta dərəcədə aktiv həyat tərzini azaldır. Alimlər həmçinin qeyd ediblər ki, bu sağlam vərdişlərin birləşməsi genetik səbəblərdən depressiyaya meyilli insanların həyatına müsbət təsir göstərir.

Tədqiqat müəllifləri əlavə edib ki, insanlar adətən sağlam həyat tərzini fiziki sağlamlıqla əlaqələndirirlər. Bununla belə, narahatlıq, depressiya, stressin qarşısını almaq və zehni tarazlığı qorumaq üçün sağlam vərdişlər eyni dərəcədə vacibdir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı