Xəbərlər 23.02.2024 18:57 5552

“Təbii sərvətlərimizi qorumalıyıq, məsuliyyətli olmalıyıq” – Akif Kərimov

Təbii sərvətlərin qorunması məsələsi həmişə aktual olub. Plastik torbaların azaldılması və ətrafın qorunması haqqında olan layihələr çox vacibdir. Həqiqətən də, plastik tullantıların təbii sərvətlərə və ekologiyaya təsiri dərin olur. Bu, həm insan sağlamlığı üçün, həm də ətraf mühit üçün təhlükəli bir vəziyyətdir. Əhalinin bu layihəyə dəstəyi və onun icrasına aktiv cəmiyyət də qatılması çox önəmlidir. Ancaq, bir tərəfdən, dövlətin təşəbbüsünü qiymətləndirərək, digər tərəfdən, hər bir fərdin bu məsələyə diqqət yetirməsi lazımdır.

"Kür-Xəzər Xeyriyyə" İctimai Birliyinin sədri Akif Kərimov QHT.az-a açıqlamasında bildirib ki, plastik tullantıların idarə edilməsi və azaldılması bütün cəmiyyətin ortaq məsələsidir və hər birimiz bu məsələdə fəal rol oynamaq məsuliyyətindəyik: “Ətraf mühitin qorunması, təbii sərvətlərin müdafiəsi ilə yanaşı, digər mühüm məsələlər də var. Məsələn, qanunsuz meşə qırılması və təbii ehtiyatların yağmalanması kifayət qədər ciddi problemlərdir. Bu məsələlərin həlli üçün dövlətin və cəmiyyətin birgə çalışması vacibdir. Məsuliyyət sahibi olmaq və bu mühüm sərvətləri qorumaq üçün hər birimiz fəaliyyət göstərməliyik. Dövlətimiz əlindən gələni edir. QHT –lərə bir neçə layihələr verilib. “Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığımız “Plastik torbalardan istifadənin məhdudlaşdırılması istiqamətində təbliğat tədbirlərinin təşkili” layihəsi plastik torbaların yerini kağız, çit torbalarla əvəz edilməsi layihəsini uğurla həyata keçirdik. 50 nəfərdən yuxarı tikiş ustaları hazırladıq, bugünkü gündə də fəaliyyət göstərirlər”.

QHT sədri həmçinin bildirib ki, Qarabağda, Kəlbəcər zonasında qızıl yataqlarımızı ermənilər, Ermənistana gələn xarici şirkətlər çıxarıb, istifadə edib, oğurlayıblar: “Bunlar bizim təbii sərvətlərimizdir. Mübarizələr gedir ki, bunlar geri qaytarılsın, məsuliyyətə cəlb olunsun. Dəniz kənarında olan qumlar təbii sərvətlərimizdəndir. Onu daşıyırlar, istifadə edirlər, olmaz. Qorumalıyıq, məsuliyyətli olmalıyıq. Biz yeni layihə vermişik, "Neftçala Salyan rayonlarında tinklik təsərrüfatının yaradılması" layihəsi qəbul olunarsa, 10 minə qədər tinklərin, ştillərin əkilməsinə başlayacağıq”.

Qeyd edək ki, belə layihələrin və təbii sərvətlərin qorunması üçün hər birimizin cəmiyyət kimi bir bütün olaraq birlikdə çalışmalıyıq, bu çox vacibdir. Bu, gələcək nəsillər üçün daha yaşanılabilir bir planet yaratmağa kömək edəcəkdir.

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı