Xəbərlər 26.02.2024 21:54 1735

Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb

Masallıda Xocalı faciəsinin 32-ci ildönümü

 

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Masallı rayonunda faciə qurbanlarının xatirəsi böyük ehtiramla anılıb.
Fevralın 26-da səhər saatlarından başlayaraq rayon sakinləri Masallı şəhərindəki “Qəhrəmanlar parkı”na gələrək Xocalı qətliamı abidəsini ziyarət ediblər.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, tələbə və məktəblilər şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad etdib, həlak olanların ruhuna dualar oxuyublar.
Saat 17:00-da rayon ərazisində Xocalı qurbanları bir dəqiqəlik sükutla yad edilib və nəqliyyat vasitələri səs siqnalları veriblər.

 

Akif AĞAYEV


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı