Xəbərlər 27.02.2024 09:59 2634

Ramil İskəndərlinin video-müraciəti BMT-nin 55-ci sessiyasında nümayiş etdirilib - VİDEO

Isveçrənin Cenevrə şəhərində BMT-nin Insan Hüquqları Şurasının 55-ci sessiyası öz işinə başlamışdır. Sessiya çərçivəsində “İnsan hüquqlarının tətbiqinə dair illik Yüksək Səviyyəli Panel Müzakirəsi” keçirilib. Panel müzakirəsinin əsas mövzusu “Cəmiyyətdə tam və effektiv iştiraka və inklüzivliyə diqqət yetirməklə, əlilliyi olan şəxslərin hüquqlarını tətbiqi” olub.

QHT.az xəbər verir ki, müzakirələr zamanı BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi statusuna malik “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin Video-müraciəti nümayiş etdirilib. QHT sədri çıxışında Ermənistanın Azərbaycan qarşı mina terroru siyasətinin davam etdiyni və mina problemi nəticəsində əlil olmuş şəxslərlə bağlı aparılan işlər və beynəlxalq dəstəyin vacibliyi məsələlərinə toxunub.

Çıxışın tam mətnini və videoyazısını nəzərinizə çatdırırıq:

“Cənab sədr,

Əlilliyi olan şəxslərin (ƏS), xüsusilə mina qurbanlarının cəmiyyətdə səmərəli iştirakının və inklüzivliyinin təmin edilməsi hərtərəfli, əhatəli və hüquqa əsaslanan yanaşma tələb edən çoxşaxəli problemdir. QHT-lər əlilliyi olan şəxslərin iştirakçılığımı təşviq edən proqramların həyata keçirilməsində mühüm rol oynayır.

Post-münaqişə dövründə məlum olmuşdur ki, işğalından azad edilən ərazilərdə təxminən bir milyon yarım mina və partlamamış sursat var. Mina problemi nəticəsində əlil olmuş şəxslərlə bağlı məsələ siyasi məsələ deyil, humanitar və insan hüquqları məsələsidir. Ermənistanın Azərbaycana qarşı davam edən mina terroru və qeyri-dəqiq xəritələrin verilməsi azərbaycanlı keçmiş məcburi köçkünlərin vətənlərinə kütləvi qayıtmasını əngəlləyir, onların hərəkət azadlığı, sağlamlıq, məşğulluq və təhsil hüquqlarını pozur. Azərbaycanda bir çox QHT-lər humanitar minatəmizləmə və marrifləndirmə təşəbbüsləri, reabilitasiya xidmətləri, o cümlədən, mina qurbanlarına fiziki və psixososial dəstək göstərmək üçün çalışırlar. Lakin ərazilərimizi minadan təmizləmək üçün beynəlxalq dəstək çox azdır. Hesab edirəm ki, beynəlxalq dəstək artırılmalı və bu problemlə mübarizədə səylərimizi səfərbər etməliyik. Təşəkkür edirəm, cənab sədr”.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı