Xəbərlər 28.02.2024 00:22 2318

Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş elmi konfrasda MÖVZULAR MƏLUM OLDU

Pasiyent Təşkilatları İttifaqı və TƏBİB həkimlərlə bərabər 29 fevral Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş elmi konfras keçirəcək.

QHT.az xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlumat verib. Onun sözlərinə görə, konfransda beynəlxalq kriteriyalara əsasən müxtəlif nadir xəstəliklərin müalicəsi haqqında ixtisaslaşmış həkimlər tərəfindən çıxışlar nəzərdə tutulub: "Elmi konfransda 250-dən çox tibb işçilərinin, media nümayəndələrinin, pasiyent təşkilatlarının iştirakı nəzərdə tutulub və konfransın nəticəsi olaraq nadir xəstəliklərdən əziyyət çəkən pasiyentlərin keyfiyyətli müalicəsinin təşkilinə zəmin yaradacaq".

QHT sədri bildirib ki, konfransda Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsinin müdiri Dr. Aytən Hüseynova "PRİON XƏSTƏLİKLƏRİ" mövzusunda, Respublika Klinik Xəstəxanasının uşaq allerqoloqu və immunoloqu Uzman Dr. Röyalə Babayeva "BİRİNCİLİ İMMUN ÇATIŞMAZLIQLAR VƏ ONLARƏN MÜALİCƏSİ" mövzusunda, Respublika Klinik Xəstəxanasının hematalogiya şöbəsinin müdiri Dr. Mina Adıgözəlova "NADİR QANIN LAXTALANMA POZĞUNLUĞU İLƏ OLAN XƏSTƏLƏRƏ MÜASİR YANAŞMA" mövzusunda, Azərbaycan Tibb Universitetinin Daxili Xəstəliklər Kafedrasının assistenti T.ü.f.d Dr. Aygün Kazımlı "PULMANAR ARTERİAL HİPERTENZİYANIN DİAQNOSTİKA VƏ MÜALİCƏSİNƏ YENİ YANAŞMALAR" mövzusunda, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri Prof. Dr. Aytən Məmmədbəyli "SPİNAL ƏZƏLƏ ATROFİYASI XƏSTƏLİYİNİN KLİNİKASI VƏ YANAŞMA ƏSASLARI" mövzusunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalının neyrocərrahı Dr. Fərid Əsədov "AZAN SİNİRİNİN STİMULYASİYASLI. NADİR FARMAKOREZİDENT EPİLYEPSİYA CƏRRAHİYYISİ" mövzusunda, Sağlam Ailə Tibb Mərkəzinin endokrinoloqu Uzman Dr. Azad Əkbərzadə "NİYƏ KİSTİK FİBROZ?" mövzusunda, Baku Medical Plaza klinikasının Pulmanoloqu Uzman Dr. Həsən Həsənzadə "BİRİNCİLİ SİLİAR DİSKENZİYA" mövzusunda, Yeni Klinika Tibb Mərkızinin Hematologiya və Sümük iliyi transplantasiya şöbəsinin müdiri Dr. Sevil Cəlilova "NADİR HEMATOLOJİ XƏSTƏLİK OLAN PORFİRİYALARA YANAŞMA YANAŞMA" mövzusunda çıxış edəcəklər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı