Xəbərlər 01.03.2024 14:31 3482

QHT Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş elmi konfrans təşkil etdi - FOTOLAR

Azərbaycanda 29 fevral 2024-cü il tarixində Pasiyent Təşkilatları İttifaqı və TƏBİB həkimlərlə bərabər hər il olduğu kimi 29 Fevral Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş elmi konfrans təşkil etdi.

QHT.az xəbər verir ki, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin baş məsləhətçisi Romella Osmanovanın moderatorluğu ilə Elmi konfransın rəsmi hissəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamenti, Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov, Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov çıxış etmişlər.

Konfransda beynəlxalq kriteriyalara əsasən müxtəlif nadir xəstəliklərin müalicəsi haqqında ixtisaslaşmış və müxtəlif profilli həkim heyəti olan Uzman Dr. Həsən Həsənzadə, Dr. Azad Əkbərzadə, T.ü.f.d Dr. Aygün Kazımlı, Dr. Sevil Cəlilova, Dr. Mina Adıgözəlova, Dr. Röyalə Babayeva, Prof. Dr. Aytən Məmmədbəyli, Dr. Fərid Əsədov, Dr. Aytən Hüseynova tərəfindən çıxışlar dinlənildi.

3 paneldən ibarət olan Konfrans aşağıdakı mövzuları əhatə etdi:

"BİRİNCİLİ SİLİAR DİSKENZİYA",

“NİYƏ KİSTİK FİBROZ?",

“PULMONAR ARTERİAL HİPERTENZİYANIN DİAQNOSTİKA VƏ MÜALİCƏSİNƏ YENİ YANAŞMALAR”,

“NADİR HEMATOLOJİ XƏSTƏLİK OLAN PORFİRİYALARA YANAŞMA”,

"NADİR QANIN LAXTALANMA POZĞUNLUĞU İLƏ OLAN XƏSTƏLƏRƏ MÜASİR YANAŞMA",

“İLKİN İMMUN ÇATIŞMAZLIĞI VƏ ONUN MÜALİCƏSİ”,

"SPİNAL ƏZƏLƏ ATROFİYASI XƏSTƏLİYİNİN KLİNİKASI VƏ YANAŞMA ƏSASLARI",

"AZAN SİNİRİNİN STİMULYASİYASI. NADİR FARMAKOREZİSTENT EPİLYEPSİYA CƏRRAHİYYISİ" ,

“PRİON XƏSTƏLİKLƏRİ".

Çıxışlar əsasında həkimlər arasında təcrübə mübadiləsi aparıldı, mövcud çətinliklər mütəxəssislər tərəfindən qeyd edildi, səhiyyənin inkişafında yaxın gələcəyə atılacaq addımlar müzakirə edildi və nəticə etibarilə nadir xəstəliklərdən əziyyət çəkən pasiyentlərin keyfiyyətli müalicəsinin təşkilinə zəmin yaradılacaq.

Qeyd edək ki, Elmi Konfransda tibb işçiləri, pasiyent təşkilatlarının rəhbərlərindən ibarət 250-dən çox iştirakçı olmuşdur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı