Xəbərlər 01.03.2024 16:33 5137

Komitə sədri Əliməmməd Nuriyevi təbrik etdi

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa tanınmış ictimai xadim, “Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti Əliməmməd Nuriyevi 60 illik yubileyi ilə bağlı təbrik edib. 
Təbrik məktubunda deyilir:  

"Hörmətli Əliməmməd müəllim,
Sizi 60 illik yubileyinizlə bağlı təbrik edir, ictimai fəaliyyətinizdə, şəxsi həyatınızda yeni uğurlar diləyirəm!

Siz Milli Məclisin II çağırış üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üç dönəm üzvü, Prezident yanında Əfv Komissiyasının üzvü, Vəkillər Kollegiyasının (1989-1992-ci illərdə) üzvü, eləcə də, “Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti olaraq, öz fəal ictimai mövqeyinizlə seçilirsiniz. Sizin qurucusu yaxud üzvü olduğunuz qurumlarda uzunmüddətli, səmərəli fəaliyyətiniz boyu, ümumən ictimai-siyasi fəaliyyətinizdə mədəniyyətprofilli QHT-lərin inkişafına, mədəniyyət işçilərinin hüquqlarının qorunmasına diqqət-qayğınız təqdirəlayiqdir.

Siz bir sıra mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuraların üzvü olmuşunuz, hazırda da bu yöndə ictimai faydalı xidmətlərinizlə seçilirsiniz.

Azərbaycan Hüquqşunaslar Konfederasiyası İdarə heyətinin üzvü, Azərbaycan Hüquqşünaslar Forumunun həmsədri, İnsan Hüquqlarına dair beynəlxalq Standartların İmplementasiyası Üzrə Beynəlxalq İşçi Qrupunun üzvü, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri olaraq gördüyünüz işlər, təşəbbüsçüsü olduğunuz layihələr toplumun maraq və mənafelərinə cavab verir.

Siz həmçinin 1994-2001-ci illərdə BDU-nun Hüquq fakültəsinin müəllimi olmuşunuz.

Çoxsaylı beynəlxalq konfranslarda Azərbaycanı, vətəndaş cəmiyyəti institutlarımızı uğurla təmsil etmişiniz. İnsan haqları, media, seçki hüquqları, uşaq hüquqları, korrupsiya və s. sahələrdə qanun layihələrinin yaxud önəmli əlavə və düzəlişlərin müəllifi olmusunuz. Habelə, “Hüquq azadlığımızın ölçüsüdür”, “Korrupsiyaya qarşı mübarizə haqqında qanunun şərhi”, “Azərbaycanda daşınmaz əmlak monitorinqi”, “QHT-lərin fəaliyyətində şəffaflıq” və “Qanunvericiliyin antikorrupsiya metodologiyası” nəşrlərinin həmmüəllifisiniz.

Sizi vətəndaş cəmiyyəti institutlarının inkişafındakı uğurlu fəaliyyətiniz və yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı