Xəbərlər 07.03.2024 15:46 3563

Vüqar Behbudov növbəti vətəndaş qəbulunu Yevlaxda keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulunu Yevlaxda keçirib.

 

Qəbulda Yevlax və Mingəçevir sakinləri iştirak edib. Vətəndaş qəbulu zamanı 20-yə yaxın şəxs fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat kimi məsələlərlə bağlı müraciətlərini bildirib. Agentlik sədri müraciətlərin aidiyyəti üzrə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi üçün müvafiq tapşırıqlar verib. 

 

Qəbullar vətəndaşların mövcud müraciətlərini yerində araşdıraraq həll edilməsinə dəstək göstərmək məqsədilə həyata keçirilir. İştirak etmək istəyən vətəndaşlar 📞(012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng edə, 📧[email protected] elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınla, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı