Xəbərlər 11.03.2024 22:14 1731

QHT ekoloji mövzuları əhatə edən təlimlərə start verib - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan könüllülük proqramı üzrə ekoloji mövzuları əhatə edən təlimlərə start verilib.

QHT.az xəbər verir ki, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsidə keçirilən təlimlər ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, əhalinin bu istiqamətdə maarifləndirilməsi və cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılmasında gənclərin rolunun artırılmasına yönəlib.

Bu məqsədlə Gəncədə keçirilən təlimdə Azərbaycan Texnologiya Universitetinin Ekologiya kafedrasının müdiri Elşad Məmmədov könüllülərə ekologiyada insan faktoru, təbii sərvətlər, onların düzgün istismarı və qorunması haqqında ətraflı məlumat verib. Ağstafa rayonunudan olan könüllülər isə təlimçi Lalə Qarayeva tərəfindən ekoloji problemlər, iqlim dəyişikliyi ilə bağlı məlumatlandırılıb, həmçinin mövzu üzrə qrup işləri icra ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı