Xəbərlər 15.03.2024 01:28 1587

Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti KKTC Lefke Avropa Universitetində olub - FOTOLAR

Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti KKTC Lefke Avropa Universitetində olub. Universitetin tələbə və müəllim heyəti qarşısında ölkəmizi təmsil edən təlimçilər Gültəkin Məmmədova, Gəray Məmmədtağıyev və Qasım Şalıyevin çıxışları olub.

QHT.az xəbər verir ki, onlar Azərbaycanda aparılan hüquq islahatları və mediasiyanın rolu barədə geniş məlumat verib.

KKTC Lefke Avropa Universitetinin rektoru Prof. Dr. Mehmet Ali Yükselen universitetin fəaliyyəti barədə qonaqlara geniş məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Rektorun diqqətinə çatdırılmışdır ki, Kiprdən sonra nümayəndə heyətinin Orta Asiyada olan Türk Dövlətlərinə də səfərləri planlaşdırılır. Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel təşkilatın qarşısında duran məqsədləri rektorun diqqətinə çatdırıb və qeyd edib ki, Azərbaycan nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyində Komissiya rəhbərləri və Birliyin sədr müavini səviyyəsində təmsil olunur. Daha sonra Azərbaycandan olan nümayəndə heyətinin rəhbəri Qasım Şalıyev və nümayəndə heyətinin üzvləri rektorla səmimi dialoqla görüşün mövzusunu davam ediblər.

Səfərdə ölkəmizi təmsil edən nümayəndə heyətinə Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə mediator, mediasiya təlimçisi və Türk Dünyası Mediatorlar Birliyində Azərbaycan Mediasiya Şurasını təmsil edən Komissiya sədri Qasım Şalıyev rəhbərlik edir. Eyni zamanda nümayəndə heyətinin tərkibinə Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov, mediasiya təlimçisi, Bakı 14 saylı mediasiya təşkilatının rəhbəri Gəray Məmmədtağıyev, mediator, mediasiya təlimçisi Gültəkin Məmmədova, Türk Dünyası Mediatorlar Birliyində Azərbaycan Mediasiya Şurasını təmsil edən Komissiya sədri Miryusif Cavadzadə, mediasiya təlimçisi, Bakı 12 saylı mediasiya təşkilatının rəhbəri Sevda Məhərrəmova, Bakı 6 saylı mediasiya təşkilatının rəhbəri, mediasiya təlimçisi Tural Şahbazov, mediasiya təlimçisi, mediator, Gəncə 1 saylı mediasiya təşkilatının rəhbəri Südabə Məmmədova, mediator, Bakı 20 saylı mediasiya təşkilatının rəhbəri Nicat İsmayılov, Salyan 1 saylı mediasiya təşkilatının rəhbəri Elman Hənifəli daxildir.

Türkiyə Cümhuriyyətini isə Türk Dünyası Mediatorlar Birliyinin nümayəndələri - T.D.A.B. sədri, vəkil - mediator Yakup Erikel, üzvləri Serpil Akdeniz, Hüseyin İlhan Yetişgin, Çiğdem Arslan, Yusuf Gözel, Meltem Temurer, T.D.A.B. Şimali Kipr Türk Cümhuriyyəti kordinatoru, vəkil - mediator Ayfer Bozyiğit, T.D.A.B. Tədris Komissiyasının kordinatoru, vəkil - mediator Yasemin Güllüoğlu, T.D.A.B. Mərkəzi Komissiyanın kordinatoru, vəkil - mediator Osman Çelebi, T.D.A.B. Rabitə və Əməkdaşlıq Komissiyasının kordinatoru, vəkil - mediator Havva Hacınecipoğlu, T.D.A.B. Macaristan Komissiyasının üzvü, vəkil - mediator Hasan Oymak, T.D.A.B. Media Təşviqi Komissiyasının kordinatoru vəkil - mediator Ayşe Eda Günday, Akademik Mədəni və Təbii İrs eksperti Özcan Temurer, T.D.A.B. Tədris Komissiyasının üzvü, vəkil - mediator Emrullah Manav təmsil edir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı