Xəbərlər 19.03.2024 10:11 6258

Marketdə yanğın baş verib  

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində marketdə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, marketin 1400kv.m. sahədə anbarı yanıb.

 

Yanğın zamanı anbarın içərisindəki ərzaq malları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

 

Bitişik ümumi sahəsi 1100kv.m. olan ikimərtəbəli anbar yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı