Xəbərlər 27.03.2024 00:06 3051

"Bu onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır" - QHT sədri 

"Məlum “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri teleaparıcı, jurnalist Vladimir Slovyovun ölkəmizə qarşı ənənəvi qərəzini göstərir".

QHT.az xəbər verir ki bu sözləri Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin  sədri Gülşən Behbud bildirib. Onun sözlərinə görə, V.Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır: "Nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti ola bilməz. V.Solovyovun “Crocus City Hall”da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. Şübhə yoxdur ki, V.Solovyovun Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır. Bu, media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiyadır".

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı